Tramp canlı yayımda əsəbiləşdi: Müsahibəni yarımçıq dayandırdı
ABŞ Prezidenti Donald Tramp NBC News telekanalına verdiyi müsahibəni gərgin müzakirədən sonra vaxtından əvvəl dayandırıb.
Crossmedia.az xəbər verir ki, Tramp Kaliforniyada keçirilən praymeriz seçkilərinin nəticələri ilə bağlı fikirlərinin aparıcı tərəfindən dəstəklənməməsinə sərt reaksiya verib. O, NBC News-un aparıcısı barədə "satılmış və ya axmaq" ifadələrini işlədib.
Daha sonra Tramp "Mənim üçün kifayətdir. Təşəkkür edirəm, əzizim, hər şey yaxşı olsun" deyərək müsahibəni yarımçıq başa vurub.
21:51 07.06.2026
Oxunuş sayı: 62