OpenAI ChatGPT üçün indiyədək ən böyük yenilənməni hazırlayır
OpenAI ChatGPT-ni sadə çat-botdan daha geniş funksiyalara malik “super tətbiq”ə çevirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, yeni yenilənmə çərçivəsində süni intellekt agentləri istifadəçilərin adından müxtəlif tapşırıqları yerinə yetirə biləcək. Bu agentlər səfərlərin bronlaşdırılması, təqvimin idarə olunması, proqram kodlarının yazılması və digər gündəlik işlərin icrasında kömək göstərəcək.
Şirkət hesab edir ki, süni intellektin gələcəyi məhz bu cür rəqəmsal köməkçilərlə bağlıdır. Buna görə də OpenAI diqqətini yalnız suallara cavab verən ənənəvi çat-botlardan daha çox, istifadəçi adından hərəkət edə bilən ağıllı agentlərin inkişafına yönəldir.
Məqalədə qeyd olunur ki, şirkət yaxın illərdə ChatGPT-ni istifadəçilərin gündəlik işlərini idarə edən əsas rəqəmsal platformalardan birinə çevirməyi hədəfləyir.
19:33 07.06.2026
Oxunuş sayı: 60