Tramp: İranla razılaşma alınmasa, hərbi yola əl atacağıq
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehranla aparılan danışıqların nəticəsindən asılı olmayaraq, ABŞ İranın yüksək zənginləşdirilmiş uranı məsələsini həll etmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Trampın sözlərinə görə, Vaşinqton bu məqsədə İranla razılıq əsasında və ya razılıq olmadan nail olacaq.
“Biz uranın dalınca gələcəyik. Eyni zamanda, heç kim bizə atəş açmayacaq. Əgər razılaşma əldə olunmasa, o zaman bu məsələni çox sərt şəkildə, hərbi yolla həll edəcəyik”, – o bildirib.
22:50 07.06.2026
Oxunuş sayı: 45