Bölgədə təhlükə siqnalı: CENTCOM hazırlıq vəziyyətinə gətirildi
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Beyrutun cənubundakı Dahiya bölgəsinə endirdiyi hava zərbəsinə cavab veriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, regionda gərginliyin artması fonunda Qətər hava məkanını müvəqqəti olaraq bağlayıb. Eyni zamanda, İran da hava məkanının bağlandığını elan edib.
Bundan başqa, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır və tərəflər arasında qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqlar artır.
23:35 07.06.2026
Oxunuş sayı: 47