Tramp: Dünyanın ən güclü ordusunu boş yerə yaratmamışam
ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi münaqişələrdən tam kənarda qalacağına zəmanət verməyin mümkün olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“O zaman dünyanın ən güclü ordusunu niyə yaratmışam?”. – deyə Tramp ABŞ-nin hərbi gücünün zəruriliyini vurğulayıb.
O, həmçinin İranla bağlı vəziyyətdə hərbi qüvvələrin cəlb edilməsinin həm ABŞ-a, həm də beynəlxalq ictimaiyyətə fayda verdiyini iddia edib.
Trampın sözlərinə görə, bu addım təkcə ABŞ-nin təhlükəsizlik maraqlarına deyil, həm də qlobal sabitliyin qorunmasına xidmət edir.
22:15 07.06.2026
Oxunuş sayı: 40