“Ermənistan Elektrik Şəbəkələri” mediaya məhkəmə iddiası ilə hədələdi
“Ermənistan Elektrik Şəbəkələri” şirkəti bəzi seçki məntəqələrində elektrik enerjisinin kəsilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şirkət isə bildirib ki, yayılan bu xəbərlər həqiqəti əks etdirmir və ictimaiyyəti çaşdırmağa yönəlib.
Açıqlamada vurğulanıb ki, saxta məlumat yayan media qurumlarına qarşı məhkəmə iddiaları qaldırıla bilər.
23:40 07.06.2026
Oxunuş sayı: 47