ABŞ sanksiyaları əvvəlcədən ləğv etməyəcək - Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı tətbiq olunan sanksiyaları əvvəlcədən ləğv etməyəcək və İranın dondurulmuş aktivlərinin azad edilməsinə getməyəcək.
Crossmedia.az xəbər verir ki, “NBC”telekanalına müsahibəsində danışan Tramp sanksiyaların aradan qaldırılması məsələsinin yalnız İranın siyasətində dəyişiklik baş verdikdən sonra müzakirə oluna biləcəyini qeyd edib.
“Əvvəlcə onlar özlərini yaxşı aparmalıdırlar, yalnız ondan sonra biz danışmağa başlayacağıq”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin bəyan edib ki, mümkün razılaşmadan sonra ABŞ İranla birlikdə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması və məhv edilməsi istiqamətində əməkdaşlıq etməyə hazırdır.
Onun sözlərinə görə, əgər sülh danışıqları gözlənilən nəticəni verməsə, Birləşmiş Ştatlar qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün digər, o cümlədən güc variantlarını da nəzərdən keçirə bilər.
20:34 07.06.2026
Oxunuş sayı: 45