Ermənistanda seçki qalmaqalı: Müxalifət hərbçilərin daşındığını iddia edir
Ermənistanda parlament seçkilərinin başa çatmasına bir neçə dəqiqə qalmış bəzi seçki məntəqələrinə hərbçilərin gətirildiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.
Müxalifətdəki "Güclü Ermənistan" blokunun nümayəndəsi Marianna Kaqramanyan bildirib ki, səsvermə faktiki olaraq başa çatsa da, bir sıra məntəqələrdə çoxlu sayda hərbçi müşahidə edilib. Onun sözlərinə görə, hərbçilər səs vermək üçün həmin məntəqələrə gətirilib.
"Çiçəklənən Ermənistan" Partiyasının nümayəndəsi İveta Tonoyan da oxşar iddia ilə çıxış edərək, son anda bir seçki məntəqəsinə əsgərlərin gətirildiyini bildirib.
22:25 07.06.2026
Oxunuş sayı: 56