Azərbaycan parataekvondoçuları "Prezident Kuboku"nda üç medal qazanıblar
Azərbaycan parataekvondoçuları Almaniyanın Nürnberq şəhərində keçirilən "Prezident Kuboku"nda 1 qızıl, 2 gümüş medal qazanıblar.
Crossmedia.az bildirir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Sabir Zeynalov (58 kq) bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.
İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) isə bürünc medal əldə ediblər.
Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Xatırladaq ki, üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən və dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Qran-oridə də idmançılarımız uğurlu çıxış ediblər. Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal qazanmışdı.
22:52 07.06.2026
Oxunuş sayı: 54