Lionel Messi milyarder olan ikinci futbolçu oldu
Dünya futbolunun ulduzu Lionel Messi karyerasında növbəti tarixi və möhtəşəm uğura imza atıb. Crossmedia.az xəbər verir ki, argentinalı hücumçu rəsmi olaraq karyerası ərzindəki ümumi qazancı 1 milyard dollar həddini ötən ikinci fəaliyyətdə olan futbolçu kimi tarixə düşüb.
İndiyə qədər komanda idman növü ilə məşğul olub aktiv karyerasını davam etdirən idmançılar arasında bu zirvəyə yalnız onun əzəli rəqibi, portuqaliyalı ulduz Kriştianu Ronaldo çata bilmişdi. Hazırda ABŞ-nin "Inter Miami" klubunda çıxış edən Messinin bu nəhəng sərvəti təkcə yaşıl meydanlardakı maaşı və bonusları ilə məhdudlaşmır.
Məlumata görə, təcrübəli hücumçunun milyarderlər klubuna daxil olmasında "Adidas", "Pepsi", "Mastercard" və "Apple" kimi dünya nəhəngləri ilə bağladığı ömürlük və uzunmüddətli reklam müqavilələri, şəxsi geyim brendi, həmçinin klub səhmlərindən gələn gəlirlər mühüm rol oynayıb. Bununla da Messi həm idman, həm də biznes dünyasının ən zəngin şəxsiyyətlərindən biri olduğunu növbəti dəfə sübut edib.
Fatimə Cabbarlı
19:57 07.06.2026
Oxunuş sayı: 65