Knaysl: Avropa böhranlarını özü yaradıb
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Avropanın üzləşdiyi iqtisadi və siyasi problemlərə görə məsuliyyətin öz üzərində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Knaysl deyib ki, Avropada artan bürokratiya, enerji siyasətindəki səhvlər və yanlış idarəetmə bugünkü böhranlara səbəb olub.
Onun sözlərinə görə, Avropa artıq dünyanın əsas cazibə mərkəzi deyil və gələcəkdə daha böyük rol Şərq və Cənub ölkələrinə məxsus olacaq.
23:57 07.06.2026
Oxunuş sayı: 45