Mirzoyan: Rusiya ilə münasibətlər sağlamlaşmalıdır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskva ilə əməkdaşlıq barədə danışarkən Rusiya Federasiyası ilə münasibətlərin sağlamlaşdırılmasına ehtiyac olduğunu və seçkilərdən sonra bunun baş verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında İrəvanın Rusiyadan gələn bütün bəyanatları və tətbiq edilən məhdudiyyətləri gördüyünü qeyd edib.
Mirzoyan bu addımların istər-istəməz seçki prosesi ilə əlaqələndirilə biləcəyini desə də, "qarşılıqlı münasibətlərdə hər şey olur" deyə əlavə edib. Məlumatı "Sputnik Ermənistan" yayıb.
Fatimə Cabbarlı
20:20 07.06.2026
Oxunuş sayı: 47