Türkiyə və İsrail arasında Qüds gərginliyi davam edir
İsrailin müdafiə naziri İsrael Kats Türkiyənin daxili işlər naziri nin Qüdslə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kats bildirib ki, Qüds İsrailin paytaxtıdır və belə olaraq da qalacaq. O, həmçinin Türkiyə Prezidenti və Türkiyə rəhbərliyini hədəf alan tənqidi fikirlər səsləndirib.
İsrail rəsmisi əlavə edib ki, Qüds yəhudi xalqı üçün tarixi əhəmiyyət daşıyır və İsrail hər hansı təhdid qarşısında özünü müdafiə etmək gücünə malikdir.
23:05 07.06.2026
Oxunuş sayı: 58