“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi məlum olub
“Çıraq” platformasından istismara verildiyi tarixdən bu ilin noyabrın 1-dək 106,8 milyon ton neft və 24,7 milyard kubmetr qaz hasil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, cari ildə “Çıraq” platformasında ümumi hasilat təqribən gündə orta hesabla 21 min barrel təşkil edib.
“Çıraq” "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağından ilk neft hasil edən platformadır.
Azərbaycan neft sənayesinin simvollarından sayılan "Çıraq" platformasından ilk neft hasilatına başlanılmasından 28 il ötür.
10:27 07.11.2025
Oxunuş sayı: 1914