Meksikada şəhər meri qətlə yetirilib
Meksikanın Uruapan şəhərinin meri Karlos Manso silahlı hücum nəticəsində öldürülüb.
Crossmedia.az Meksika mediasına istinadən xəbər verir ki, naməlum şəxslər Miçoakan ştatında Ölü Günü bayramı zamanı merin kortejinə atəş açıblar. 40 yaşlı Karlos Manso hadisə yerində dünyasını dəyişib. Hücum nəticəsində bələdiyyə şurasının üzvü və mühafizəçilərdən biri yaralanıb.
Rəsmilərin məlumatına görə, bir hücumçu zərərsizləşdirilib, iki nəfər isə saxlanılıb. Bildirilir ki, Karlos Manso narkokartellərlə mübarizəsi ilə tanınırdı və dəfələrlə federal səviyyədə mühafizə istəmişdi.
Hadisə ilə bağlı istintaq aparılır.
15:33 02.11.2025
Oxunuş sayı: 2038