İlon Mask: Bayden administrasiyası mənə seçkilərədək İSS-dəki astronavtları xilas etməyi qadağan etmişdi
ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası İlon Maska 2024-cü il prezident seçkiləri başa çatana qədər Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan astronavtları xilas etməyi qadağan edib. Bu barədə Mask amerikalı aparıcı Co Roqanla podkast zamanı bildirib.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir.
“Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib, seçkilərədək heç bir xilasetmə cəhdi edilməsin,” – deyə Mask qeyd edib.
Roqan ehtimal edib ki, Bayden administrasiyası belə bir əməliyyata icazə verməyib, çünki bu, siyasi cəhətdən mənfi təsir yarada bilərdi. Mask isə əlavə edib:
“Onlar bunu açıq demədilər, amma xilasetmə əməliyyatlarına maraqlı olmadıqlarını aydın şəkildə bildirdilər.”
SpaceX rəhbəri onu da vurğulayıb ki, bu qərara təəccüblənməyib, çünki Bayden administrasiyası onun Trampın seçki kampaniyasına dəstəyinə görə ona mənfi münasibət bəsləyirdi.
Xatırladaq ki, Crew-9 missiyasının ekipajı 2024-cü ildə stansiyada yaranan texniki nasazlıq səbəbindən geri dönə bilməmişdi. Astronavtların Yerə dönüşü dəfələrlə təxirə salınmış və nəhayət 2025-ci il martın 19-da baş tutmuşdu.
Günel Verdiyeva
13:43 01.11.2025
Oxunuş sayı: 1622