Tramp Venesuelaya zərbə endirilməsinin planlaşdırılmadığını bildirib
ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Venesuelaya hərbi zərbələr endirilməsi planlaşdırılmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bundan əvvəl bəzi KİV-lər ABŞ-ın yaxın günlərdə, hətta saatlarda Venesuelaya zərbə endirə biləcəyi barədə məlumat yaymışdılar.
22:50 31.10.2025
Oxunuş sayı: 1844