Moskva Kiyevə xəbərdarlıq etdi: Ukraynaya zərbələr artırılacaq
Rusiya Ukraynanın Kiyev şəhəri və digər bölgələrində hərbi və hərbi-sənaye obyektlərinə zərbələri gücləndirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyev və Ukraynanın digər regionlarında hərbi və hərbi-sənaye obyektləri, eləcə də onlarla əlaqəli infrastrukturun hədəfə alınması intensivləşdiriləcək.
Moskvanın bu açıqlaması Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hücumlarına cavab olaraq ölkənin neft emalı zavodlarını hədəfə alacaqlarını bildirməsindən sonra verilib.
19:57 04.10.2026
Oxunuş sayı: 51