Ukrayna Rusiyanın “Oreşnik” silah komplekslərindən birini məhv edib
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasıl Malyuk bildirib ki, Ukrayna Rusiyaya məxsus üç “Oreşnik” kompleksindən birini məhv edib. Onun sözlərinə görə, bu hadisə 2023-cü ilin yayında Rusiyanın Kapustin Yar poliqonunda baş verib, lakin rəsmi məlumat yalnız indi açıqlanır.
Crossmedia.az Ukrayna mediasına istinadən xəbər verir.
Malyuk qeyd edib ki, əməliyyat xüsusi xidmət orqanlarının iştirakı ilə həyata keçirilib, lakin məhv etmə üsulu barədə təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, Rusiya 2024-cü ilin sonunda “Oreşnik” silah sistemini Ukraynaya qarşı tətbiq edib və həmin ilin yayında bu silahın seriyalı istehsalına başladığını bəyan etmişdi.
Günel Verdiyeva
19:35 31.10.2025
Oxunuş sayı: 1758