İsrail Baş Qərargah rəisi: Hər cəbhədə daha güclü geri dönə bilərik
 
                                            Ordu istənilən cəbhədə döyüşməyə qayıda və bəzi sahələrdə son iki ildə olduğundan daha böyük güc tətbiq edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general‑leytenant Eyal Zamir xəbərdarlıq edib.
Zamir bildirib: “Yaranan hər hansı bir təhlükəyə qarşı səbir göstərməyəcəyik. Bizə zərər vermək niyyətində olduğunu bildirən düşməni məhv edəcəyik“. O, həmçinin vurğulayıb ki, “ İsrail vətəndaşlarının təhlükəsizliyi təhdid edildikdə heç bir tolerantlıq olmayacaq. Bu, mənim riayət etmək niyyətində olduğum bir prinsipdir”.
Baş qərargah rəisi əlavə edib ki, hazırda bütün sahələrdə fəaliyyət davam etdirilir və ordu lazım olduğu qədər genişmiqyaslı bir kampaniyaya yüksək hazırlıqla çalışır. Zamir bəyan edib ki, bəzi sahələrdə son iki ildə olduğundan daha böyük güclə yenidən hərəkət etməyə hazırdırlar.
16:27 31.10.2025
Oxunuş sayı: 1181
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        