Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 3 ölkəyə (Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 4,085 milyon ABŞ dolları olan 6,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (“Aİ-92”) benzin ixrac edilib.
Bu barədə Crossmedia.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.
Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində 1,093 min ton, Türkiyəyə isə 1,650 milyon ABŞ dolları dəyərində 3,1 min ton “AI-92" markalı benzin ixrac edilib.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı benzin satdığı ölkələr:
Eyni zamanda bu ilin yanvar-avqust aylarında Azərbaycana 3 ölkədən dəyəri 64,396 milyon ABŞ dolları olan 83 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin idxal edilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 36,1 min ton və ya 1,8 dəfə, dəyər baxımından isə 25,9 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-92” markalı benzin aldığı ölkələr:
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 946,4 min ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır. Ötən ilin ilk səkkiz ayında ölkədə 973,4 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 53,2 min ton təşkil edib.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb.
13:54 18.10.2025
Oxunuş sayı: 1183