Azərbaycanda işsiz qadınların sayı daha çoxdur

2025-ci il oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236,4 min nəfər olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, onların 50,9 faizini qadınlar təşkil edib:
"İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub."
16:02 14.10.2025
Oxunuş sayı: 967