Qəhvəyi mərmər bağacığı məhsuldarlığa ciddi təhlükə yaradır






Respublikamızın bir çox bölgələrində kənd təsərrüfatı sektorlarına təsərrüfat əhəmiyyətli dərəcədə zərərverici həşəratların təhlükəli yeni dalğa yaradan, Azərbaycan Respublikasında daxili karantin sıtatusunda yer almış, Qəhvəyi mərmər bağacığı - Halyomorpha halys Carl Stal,.1855 sürətlə yayılmağa başlayıb. Bir çox sayitlərin ədəbiyyat məlumatlarına əsasən bu zərərverici həşəratlar təqiribən üçü yüz bitki növü ilə qidalanma potensiyalına malikdirlər. Onlar qidalandığı bitkilərin yarpaq, meyvə və gövdə hissələrinə ciddi ziyan vurur, nəticədə məhsuldarlıq əhəmiyyətli dərəcədə azalır. Mütəxəssislər bildirirlər ki, bağacığın yayılmasında təkcə məhsul itkisinə deyil, həmçinin fermerlərin iqtisadi zərərlərinə səbəb ola bilirlər. Artıq bir sıra bölgələrdə bu həşəratın təsiri ilə bağlı həyəcan təbili çalınır və onların qarşısını almaq üçün xüsusi tədbirlərin görülməsinə başlanmışdır.
Bu barədə Bitkilərin mühafizəsi və
inkişafının təmin edilməsi şöbəsinin-Şöbə müdiri, biologiya üzrə fəlsəfə
doktoru, dosent Aqil Qasımov Crossmedia.az
-a açıqlamasında bildirib:
Son illərdə regionda yayılmaqda olan Qəhvəyi mərmər
bağacığı bir çox bitkilər üçün təhlükəli potansiyal zərərverici həşəratlardan biridir.
Qeyd etdiyimiz kimi bu həşəratlar 300-dək bitki növü
ilə qidalanır, qidalandığı bitkilərdə kütləvi sürətdə sirayətləndikləri təqdirdə
onların məhsuldarlığını əhəmiyyətli dərəcədə azalmasında yüksək dərəcədə rol
oynamış olurlar:
“Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində
bitkilərin yarpaqlarının, cavan budaqlarının və meyvələrinin şirəsini sorurlar.
Bu da bitkilərin normal inkişafını pozmuş olur, beləliklə meyvələrin səthində
nekroz əmələ gətirir, məhsulun əəmtə keyfiyyətini aşağı salmış olur və həmçinin
bitkilər normal inkişafından qalmış olur.”
Ekspert qeyd edir ki, zərərverici həşərat xüsusilə
sitrus meyvələri, üzüm, xurma, qarğıdalı, fındıq və s. kimi bitkilərin məsuldarlıqlarına
ciddi fəsadların baş verməsinə səbəb olurlar:
Bizə məlum olduğu kimi “məsələn, fındıq bağlarında bu
həşəratlar meyvəni sütül dövründə kütləvi surətdə sirayətlənib zədəldikləri təqdirdirin
nəticəsində ləpə inkişaf etmir. Bu səbəblərə görə, Gürcüstanda 2016-cı ildə məhz
fındıq sahələrində məhsuldarlıq 80 faizə qədər azalmışdır".
Onun sözlərinə görə, zərərverici hşərat hazırda Türkiyə
və Rusiyanın cənub bölgələrində də yayılıb və sərhədyanı ərazilərdəki bitkilər
üçün potensial təhlükə yaradır.
A.Qasımov şəxsi təsərrüfat, fermer sahiblərinə xəbərdarlıq
edir ki, hal-hazırda payız və qış dövründə bağacığın qışlama yerlərinə xüsusi
diqqət yetirilməlidir:
“Bu zərərverici qaranlıq, qapalı yerlərdə — taxta
yığınlarında, anbarlarda, evlərin damında və mebellərin arxasında əsasən kütləvi
şəkildə sığınırlar. Həmin yerlərin mütəmadi yoxlanılması, tozsoran və ya
mexaniki vasitələrlə zərərvericilərin toplanaraq məhv edilməsi vacibdir".
20:42 10.10.2025
Oxunuş sayı: 1142