Rövşən Nəcəf və Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər

AFFA prezidenti Rövşən Nəcəf və vitse-prezident Könül Mehdiyeva FIFA-nın Daimi Komitələrinə üzv seçiliblər.
Crossmedia.az xəbər verir ki,FIFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.
Bu addımın məqsədi FIFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.
19:14 09.10.2025
Oxunuş sayı: 1004