Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tədarükü 2025-ci ildə 1,7 milyon tona çatacaq

Qazaxıstan və Azərbaycan 2025-ci ildə
Aktau-Bakı-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin tədarükünü 1,7 milyon tona
çatdırmağı planlaşdırır.
Crossmedia.az
xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyinə
istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov
və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında Astanada keçirilən
"Kazenergy Week-2025" çərçivəsində baş tutan görüşdə bildirilib.
"Nəqliyyat infrastrukturunun
inkişafı mühüm müzakirə mövzusu olub. Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan
neftinin tədarükü üçün əsas ixrac arteriyasına çevrilib. 2023-cü ildə onun
vasitəsilə 1,06 milyon ton yük daşınıb, 2025-ci ildə isə həcmin 1,7 milyon tona
çatdırılması planlaşdırılır", - məlumatda deyilir.
Akkenjenov qeyd edib ki,
Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir. Eyni
zamanda, Bakı-Supsa marşrutu strateji ehtiyat olaraq qalır.
Görüşdə ikitərəfli əməkdaşlıq layihələri,
o cümlədən Xəzər Yaşıl Enerji Dəhlizi də müzakirə edilib. Görüşdən sonra
tərəflər birgə layihələrin iki ölkənin strateji tərəfdaşlığını gücləndirdiyini
və bütün region üçün yeni imkanlar açdığını vurğulayıblar.
21:47 02.10.2025
Oxunuş sayı: 1011