EBRD-nin istiqrazlarına 12 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 50 milyon manatlıq dəyişkən faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Crossmedia.az-a BFB-dən bildirilib.
Məlumata görə, nominal dəyəri 100 000 manat olan 500 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 12 investor 55,2 milyon manatlıq 12 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7 %-ə yaxındır) rüblük ödəniləcək. Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir.
15:42 01.10.2025
Oxunuş sayı: 1046