Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq

Kəngərli rayonunda elektrik
enerjisinin verilişində fasilələr olacaq.
Crossmedia.az-ın
məlumatına görə görə, 110/35/10 kilovoltluq "Qıvraq"
yarımstansiyasında cari təmir işləri aparılacaq.
Bu səbəbdən "Qıvraq"
yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava
elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə sabah saat
11:30-dan 12:30-a qədər Kəngərli rayonunun Qıvraq qəsəbəsində və bir sıra
kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Qeyd edək ki, enerji təchizatı
sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi
çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda
mərhələli təmir işləri davam etdirilir.(Report)
20:55 29.09.2025
Oxunuş sayı: 852