Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bakı şəhər
Nəsimi rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi
ərazilərin elektrik şəbəkələrində 27 sentyabr gecə saatlarında təmir işləri
aparılacaq.
Crossmedia.az
xəbər verir ki. bununla əlaqədar saat 02:00 – 03:00 aralığında Nəsimi rayonunun
Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova,
Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi
Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisinin verilişində fasilə
yaranacaq.
İşlər başa
çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik
enerjisi ilə təmin olunacaq.
21:13 26.09.2025
Oxunuş sayı: 705