Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

Cari ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub.
Crossmedia.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verirki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olub.
Bu, ümumi dövriyyənin 57 faizini təşkil edib.
17:00 24.09.2025
Oxunuş sayı: 827