Azərbaycanlı alimlər Stanford/Elsevier Top 2% siyahısına daxil edilib

Radiasiya Problemləri İnstitutunun üç gənc alimi – fizika üzrə fəlsəfə doktoru Günel İmanova, fizika elmləri doktoru Elçin Hüseynov və fizika elmləri doktoru Mətləb Mirzəyev – 2025-ci ildə nəşr etdikləri elmi işlərin və onlara edilən istinadların keyfiyyət və kəmiyyət göstəricilərinə görə Stanford Universiteti və Elsevier nəşriyyatının birgə hazırladığı “Top 2% Scientists” siyahısına daxil edilib.
Crossmedia.az xəbər verir ki, alimlərin tədqiqatları materiallara müxtəlif növ şüalanmanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərə, o cümlədən nanozərrəciklərin radiasiya-implantasiyası və heterogen sistemlərə radiasiyanın təsiri ilə hidrogenin yaranma kinetikasının öyrənilməsinə həsr olunub. Bu sahədə əldə edilən nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, E.Hüseynov və M.Mirzəyev son illər dəfələrlə bu siyahıya daxil ediliblər.
12:58 23.09.2025
Oxunuş sayı: 1539