QHT-lər üçün birgə müsabiqə elan ediləcək

Yaxın günlərdə ilk dəfə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək. Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.
O qeyd edib ki, müsabiqədə spesifik istiqamətdə - minadan zərər çəkmiş minatəmizləyənlərin mina və partlamamış hərbi sursatlar (PHS) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb olunmasına dair layihələr qəbul ediləcək.
19:28 22.09.2025
Oxunuş sayı: 920