Günəş və külək elektrik stansiyalarında enerji istehsalının həcmi məlum olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 33,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon kVt-saat və ya 13,2% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 407,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk səkkiz ayındakı göstərici ilə müqayisədə 46,9 milyon kVt-saat və yaxud 13% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-avqust aylarında 2,291 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 425,3 milyon manat təşkil etmişdir.
13:42 15.09.2025
Oxunuş sayı: 600