Vüsal Qurbanov: "Sığortanın maliyyə sabitliyində rolu artırılmalıdır"

Sığortanın şəxslərin maliyyə sabitliyini qoruması üçün onun əhatəliliyinin genişləndirilməsinə ehtiyac var.
Crossmedia.az-ın məlumatıa görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, AMB bunu əsas prioritetlərindən biri hesab edir:
"Sığorta əhatəliliyinin artırılması üçün ilk növbədə sığorta ənənələri formalaşmalıdır. İnsanlar risklərdən xəbərdar olmalı və sığortanı özləri üçün müdafiə mexanizmi kimi qəbul etməlidirlər. Bunun üçün həm əhali, həm də biznes subyektləri maarifləndirilməlidir, onların risklər barədə agahlığı artırılmalıdır".
V. Qurbanov əlavə edib ki, AMB bu istiqamətdə addımları Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) ilə birgə həyata keçirir.
(Report)
12:35 14.09.2025
Oxunuş sayı: 641