13 ölkədən səyyahlar Şuşaya gəldi
13 ölkədən olan beynəlxalq səyahətçilərin Şuşa şəhərinə səfəri başlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniya da daxil olmaqla 13 ölkədən olan səyyahlar Şuşada ilk olaraq İsa bulağını ziyarət ediblər.
Səyyahlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.
Səfər çərçivəsində beynəlxalq səyahətçilərin Şuşanın digər tarixi və mədəni məkanlarını da ziyarət etmələri nəzərdə tutulur.(Apa)
13:37 08.10.2026
Oxunuş sayı: 208