Dənizdə batan şəxsin meyiti tapılıb
Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı Fərhad İsgəndərovun meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 24 sentyabr 2026-cı ildə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
12:38 08.10.2026
Oxunuş sayı: 73