Çin data mərkəzlərini artırır- 89 mərkəz diqqət çəkir
Çin ucuz elektrik enerjisi və əlçatan torpaq sahələri olan bölgələrdə data mərkəzlərinin tikintisini sürətləndirir. Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Belə mərkəzlərin inşa edildiyi əsas bölgələrdən biri Daxili Monqolustandakı Ulançab şəhəridir. Burada 89 data mərkəzinin artıq fəaliyyət göstərdiyi və ya tikintisinin planlaşdırıldığı bildirilir.
Bölgənin soyuq iqlimi serverlərin soyudulmasına çəkilən xərcləri azaltmağa imkan verir. Pekin həmçinin “Nvidia” şirkətinin prosessorlarından istifadə əvəzinə yerli istehsal olunan çiplərə üstünlük verilməsini təşviq edir.
Lakin yeni binaların tikilməsi qabaqcıl çiplərin çatışmazlığı problemini tam həll etmir. Nəşrin məlumatına görə, yeni yaradılan güclərin bir hissəsi lazımi avadanlıqların olmaması səbəbindən tam gücü ilə işləyə bilməyə bilər.
Data mərkəzlərinin inkişafını məhdudlaşdıran digər amil isə suya çıxış imkanlarıdır.
12:57 08.10.2026
Oxunuş sayı: 176