Bu 3 marşrutun hərəkət sxemi dəyişdirildi- SƏRNİŞİNLƏRƏ XƏBƏRDARLIQ
Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Crossmedia.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Marşrutların fəaliyyət istiqamətləri belə olacaq: 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı; 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun "Əhmədli" stansiyası.
12:48 08.10.2026
Oxunuş sayı: 179