Azərbaycan və Uqanda enerji sahəsində əməkdaşlığı nəzərdən keçirib



Azərbaycan və Uqanda arasında neft-qaz sektoru, mədən sənayesi, hidroenerji sahəsində gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Crossmedia.az xəbər verir ki, Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika nazirinin müavini Kamal Abbasovun ölkəmizdə səfərdə olan Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşı energetika sahəsində də inkişafı imkanları müzakirə edilib, ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı dəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji, enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Eyni zamanda Uqandanın neft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhs olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17:42 26.08.2025
Oxunuş sayı: 609