Trabzonda TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilir


Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı başladı. Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.
Crossmedia.az xəbər verir ki, toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin Başçısı və Trabzon Valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.
13:34 19.08.2025
Oxunuş sayı: 620