AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Crossmedia.az xəbər verir ki,bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, DÇ-2027-nin seçmə mərhələsində Albaniya və Uels arasında oynanılacaq pley-off qarşılaşmasına təyinat alıb.
Pley-offun I raununun görüşü oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
21:22 08.10.2026
Oxunuş sayı: 135