Fransada gənclərin etirazı zamanı yüzlərlə nəfər saxlanıldı
Fransada hüquq-mühafizə orqanları məktəbli və tələbələrin iştirak etdiyi etiraz aksiyası zamanı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Crossmedia.az xəbər verir ki, “RT” bu barədə məlumat yayıb.
Polis aksiyanın iştirakçılarını Bastiliya meydanında mühasirəyə alıb. Etirazçıların polisə daş atmasından sonra asayiş keşikçiləri izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl Fransada gənclərin etirazları zamanı polisin hərəkətləri ilə bağlı Yelisey sarayının susmasına narahatlığını bildirib. Onun sözlərinə görə, Fransa polisi etiraz edən gənclərə qarşı sərt davranıb.
Fransada etiraz aksiyaları sentyabrın ortalarından başlayıb. Gənclərin narazılığı məktəblərdə müəllim çatışmazlığı və kifayət qədər maliyyələşməməsi səbəbindən təhsil müəssisələrinin vəziyyəti ilə bağlıdır.
Oktyabrın 6-da keçirilən aksiyalar zamanı 500-ə yaxın şəxs saxlanılıb.
21:06 08.10.2026
Oxunuş sayı: 150