9 oktyabr bürcləri nə gözləyir?
♈ Qoç — İşdə yarımçıq qalan bir məsələ yenidən qarşınıza çıxa bilər. Tələsik cavab verməkdənsə, qarşı tərəfin təklifini sona qədər dinləmək sizin xeyrinizə olacaq.
♉ Buğa — Sevgi həyatında diqqətçəkən gün ola bilər. Qarşı tərəfdən gələn kiçik bir jest və ya mesaj münasibətin istiqaməti barədə sizə ipucu verə bilər.
♊ Əkizlər — Bu gün əsas şansınız ünsiyyətdədir. Gözlənilməz bir tanışlıq, telefon zəngi və ya söhbət iş və təhsil baxımından yeni imkan yarada bilər.
♋ Xərçəng — Ailə içində uzun müddətdir təxirə salınan bir söhbət gündəmə gələ bilər. Sakit danışsanız, düşündüyünüzdən daha asan razılığa gəlmək mümkündür.
♌ Şir — Maliyyə məsələsində qərar verməli ola bilərsiniz. Böyük alış-veriş və ya plansız xərc etməzdən əvvəl büdcəni bir daha nəzərdən keçirin.
♍ Qız — İş və gündəlik rejimdə dəyişiklik görünür. Sizə əlavə məsuliyyət verilə bilər, amma bu məsuliyyət sonradan özünüzü göstərməyiniz üçün fürsətə çevrilə bilər.
♎ Tərəzi — Sabah sizin üçün Yeni Aydan əvvəlki son hazırlıq günü kimidir. Şəxsi həyatınızda nəyi dəyişmək istədiyinizi daha aydın görə bilərsiniz; xüsusilə münasibətlərdə öz istəyinizi başqasının gözləntisindən ayırmaq vacib olacaq.
♏ Əqrəb — Keçmişdən qalan bir məsələ yenidən ağlınıza gələ bilər. Kiməsə yazmaq istəyiniz yaransa da, emosional qərar verməzdən əvvəl qarşı tərəfdən nə gözlədiyinizi düşünün.
♐ Oxatan — Dost və tanış çevrəsindən gələn bir xəbər diqqətinizi çəkə bilər. Birlikdə qurulan plan, tədbir və ya yeni layihə sizə maraqlı imkan aça bilər.
♑ Oğlaq — Karyera ilə bağlı vacib bir söhbət gündəmə gələ bilər. Öz əməyinizi kiçiltməyin — bu gün fikrinizi daha qəti şəkildə ortaya qoymaq lazımdır.
♒ Dolça — Səfər, təhsil və ya gələcək planlarla bağlı qərar ön plana çıxır. Bir müddətdir ertələdiyiniz plan üçün konkret tarix müəyyənləşdirmək istəyəcəksiniz.
♓ Balıq — Ortaq pul, borc və ya maliyyə öhdəliyi ilə bağlı məsələ sizi düşündürə bilər. Kiminsə vədinə güvənib qərar verməkdənsə, hər şeyi dəqiqləşdirmək daha yaxşıdır.
9 oktyabrın enerjisi sakit görünə bilər, amma sabahkı Tərəzi Yeni Ayından əvvəl çoxları üçün daxili hazırlıq günüdür. Bu gün verilən bir qərar növbəti günlərdə başlayacaq yeni mərhələnin istiqamətini müəyyənləşdirə bilər.
Zeynəb Həsən
21:00 08.10.2026
Oxunuş sayı: 151