Ukrayna dronları Rusiyanın 8 vilayətində vuruldu
Rusiyanın hava məkanında 12 saat ərzində 113 Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək Ukraynaya məxsus 113 dronu ələ keçirərək məhv edib.
PUA-lar Belqorod, Bryansk, Kursk, Oryol, Vladimir, Omsk, Sverdlovsk və Tümen vilayətləri, Moskva regionu, Başqırdıstan və Krım üzərində, həmçinin Qara dənizin hava məkanında vurulub.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın sərhədindən 2 500 kilometr məsafədə yerləşən Omsk vilayətində sənaye obyektinə zərbə endirdiyi bildirilmişdi. Bu barədə regionun rəhbəri Vitali Xoçenko məlumat verib.
22:25 08.10.2026
Oxunuş sayı: 55