Putinin ad gününü kiminlə qeyd etdiyi məlum oldu
Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə birlikdə ad gününü qeyd edib.
Crossmedia.az xəbər verir ki, Kremlin məlumatına görə, Şröder işgüzar səfərlə Moskvaya gəldiyini öyrənən Putin köhnə dostunu evinə dəvət edib.
Kremldən bildirilib ki, iki siyasətçi Putinin evində bir araya gələrək onun ad gününü birlikdə qeyd ediblər.
22:03 08.10.2026
Oxunuş sayı: 53