Rusiya ilə İran arasında ticarət dövriyyəsi sürətlə artır
Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına görə 21 faizdən çox artıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda İran Prezidenti Məsud Pezeşkianla görüşündə bu barədə məlumat verib.
Putinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artımı cari ilin ilk yeddi ayında da davam edib. Rusiya lideri ölkələr arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Bundan əvvəl Putin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla da görüşüb. Tərəflər Rusiya-Türkmənistan münasibətlərini müzakirə edib. Kremlin sözçüsü Dmitri Peskov iki ölkə arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirib.
22:40 08.10.2026
Oxunuş sayı: 49