Kiyevdə elektrik enerjisi yenidən kəsildi
Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin təcili şəkildə kəsilməsi yenidən tətbiq olunub.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə DTEK-dəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, zərbədən sonra Kiyevdə təcili elektrik enerjisi kəsintilərinə başlanılıb. Planlı fasilələr üzrə qrafiklərin tətbiqi isə müvəqqəti dayandırılıb.
DTEK Kiyev vilayətində də təcili elektrik enerjisi kəsintilərinin tətbiq olunduğunu açıqlayıb.
Ukrayna Energetika Nazirliyi paytaxtda elektrik enerjisi ilə bağlı vəziyyətin pisləşməsini enerji şəbəkəsinin əsas elementlərinin sıradan çıxması ilə əlaqələndirib.
Bundan əvvəl Kiyev metrosunun enerji şəbəkəsində gərginliyin itdiyi və metronun fəaliyyətində problem yarandığı bildirilib. Həmçinin tramvay və trolleybusların hərəkəti qismən dayandırılıb.
20:51 08.10.2026
Oxunuş sayı: 53