Tramp İrana zərbə endirilməyəcəyini vəd etdi
ABŞ Prezidenti Donald Tramp ölkəsinin noyabrın 3-də keçiriləcək Konqres seçkilərinədək İrana hücum etməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Biz ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər heç bir vaxt İrana hücum etməyəcəyik”, - deyə Tramp bildirib.
ABŞ prezidenti Vaşinqtonun Tehranla məhsuldar müzakirələr apardığını da qeyd edib. Tramp eyni zamanda İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər Tehran və Moskva arasında ikitərəfli və strateji əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıblar.
20:43 08.10.2026
Oxunuş sayı: 53