BMT rəsmisi: Mülki əhaliyə qəsdən hücumlar hərbi cinayət sayıla bilər
BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk Rusiyada dinc sakinlərin ölümü ilə nəticələnən Ukrayna hücumları ilə bağlı məsul şəxslərin cavab verməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu barədə məlumat yayıb.
Türk Rusiyada dinc əhalinin ölümü ilə nəticələnən Ukrayna hücumları barədə xəbərlərdən ciddi narahat olduğunu deyib. O, mülki əhalinin beynəlxalq humanitar hüquqla ciddi şəkildə qorunduğunu və heç bir halda hücumların hədəfinə çevrilməməli olduğunu vurğulayıb.
BMT rəsmisi ehtimal olunan pozuntuların araşdırılmalı, məsul şəxslərin isə cavabdehliyə cəlb edilməli olduğunu bildirib. Onun sözlərinə görə, mülki əhaliyə qəsdən hücumlar hərbi cinayət kimi qiymətləndirilə bilər.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələri nəticəsində dinc sakinlər arasında ölənlərin sayının artmasından narahatlığını ifadə edib.
22:33 08.10.2026
Oxunuş sayı: 52