Britaniyada hərbi bazaya qanunsuz girişə görə iki nəfər həbs edildi
Böyük Britaniyada iki Latviya vətəndaşı hərbi hava bazasının ərazisinə qanunsuz daxil olmaqda şübhəli bilinərək saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyada yaşayan iki Latviya vətəndaşı Kambricşirdə yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) bazasına qanunsuz daxil olmaq şübhəsi ilə həbs edilib.
Onlar patrul əməkdaşlarının “Royalsworth” aviabazasının yaxınlığında sahibsiz avtomobil və hasarda kiçik bir dəlik aşkarlamasından bir müddət sonra saxlanılıblar.
Hadisə ilə bağlı araşdırmanı Britaniya polisinin terrorla mübarizə bölməsinin əməkdaşları aparır.
Qeyd edək ki, sentyabrın 27-də Britaniya polisi “Fairford” aviabazasının yaxınlığında beş nəfəri saxlayıb. Onlar partlayıcı maddələrlə bağlı qanunvericilikdə nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli biliniblər.
20:08 08.10.2026
Oxunuş sayı: 47