Səfirlik hərəkətə keçdi - İsveçrə parlamenti qətnaməni rədd etdi

İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi “Dağlıq Qarabağın anneksiyası və Azərbaycanda siyasi məhbusların azad edilməsi” adlı 24.321 saylı qətnamə layihəsini rədd edib.
Crossmedia.az xəbər verir ki, bu layihə 2024-cü il noyabrın 5-də Cenevrə kantonunun bir sıra ermənipərəst deputatları tərəfindən irəli sürülmüşdü.
Qeyd edək ki, qərar Azərbaycanın İsveçrədəki Səfirliyinin həyata keçirdiyi işlərin nəticəsi olaraq qəbul edilib.
19:35 13.08.2025
Oxunuş sayı: 1266